EN, ASTM, DIN və GOST standartlarına uyğun boru fitinqləri və layihənizə uyğun texniki həll, etibarlı təchizat təcrübəsi ilə.
Fəaliyyətə başladığımız il
Tamamladığımız layihə
Müştəri Portfeli
Məhsul Çeşidləri

Sənaye və tikinti layihələri üçün tikişsiz və tikişli karbon polad borular.

Boru xəttinin birləşdirilməsi və istiqamətləndirilməsi üçün geniş polad fitinq çeşidi.

Korroziyaya qarşı sink örtüklü polad borular, dirsəklər, profillər və lövhələr.

Bolt, qayka, şayba, yaylı şayba, yivli çubuq və U bolt kimi bərkidici elementlər.

Beton və digər bərk əsaslara mexaniki bərkitmə üçün gilizli və lüt anker boltlar.
Qara metal məhsulları çeşidi

Borufitting.az Azərbaycanda boru fitinqlərinin satışı üzrə ixtisaslaşmış platformadır. Məqsədimiz yalnız məhsul satmaq deyil, layihəniz üçün düzgün texniki həlli təqdim etməkdir. Geniş çeşiddə, beynəlxalq standartlara uyğun boru fitinqlərini etibarlı təchizat infrastrukturu ilə müştərilərimizə təqdim edirik.
Etibarlı təchizat və logistika təcrübəsi.
Geniş çeşiddə boru fitinqləri və daimi stok.
EN, ASTM, DIN və GOST standartlarına uyğun məhsullar.
Topdansatış və pərakəndə satış imkanı.
Peşəkar texniki dəstək və məhsul seçimi.
Operativ qiymət təklifləri və sürətli xidmət.
Məhsullardan layihənizə uyğun məhsulu seçin.
Telefon, WhatsApp və ya e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın.
Texniki dəstək və sərfəli qiymət təklifimizi əldə edin.
Sifarişiniz təsdiqləndikdən sonra məhsullar qısa müddətdə hazırlanaraq təhvil verilir.
İstər kiçik montaj işi, istərsə də iri sənaye layihəsi olsun, geniş stokumuz, operativ qiymət təklifləri və peşəkar komandamız sayəsində sifarişlər qısa müddətdə icra olunur.
Stok imkanları
Qiymət təklifləri
Komanda və texniki dəstək
Sifariş icrası

EN
Avropa Standartı
Avropa İttifaqının rəsmi standartlaşdırma norması.
ASTM
Amerika Standartı
Amerika Sınaq və Materiallar Cəmiyyətinin (ASTM International) standartı.
DIN
Alman Standartı
Almaniya Standartlaşdırma İnstitutunun (Deutsches Institut für Normung) norması.
GOST
Dövlət Standartı
MDB məkanında istifadə olunan dövlət standartlaşdırma sistemi.
Borufitting.az Azərbaycanda boru fitinqlərinin satışı üzrə ixtisaslaşmış platformadır və sənaye məhsulları sahəsindəki təcrübəmiz əsasında fəaliyyət göstərir.
Məhsullarımız EN, ASTM, DIN və GOST kimi beynəlxalq standartlara uyğundur.
Bəli, Borufitting.az vasitəsilə həm topdansatış, həm də pərakəndə satış həyata keçirilir.
Tikinti, neft-qaz, su təchizatı, yanğınsöndürmə, enerji və digər sənaye sahələri üçün boru fitinqləri təklif edirik.
Bəli, müştərilərimizə yalnız məhsul deyil, həm də texniki məsləhət, standart seçimi və layihəyə uyğun həll təklif edirik.
Metal borular (tikişsiz və tikişli), boru fittinqləri (dirsək, üçlük, keçid, qapaq, flans, araqat), sinklənmiş metallar (boru, dirsək, profil, lövhə), yivli bağlantılar (bolt DIN 933, qayka DIN 934, şayba DIN 125, yaylı şayba DIN 127, rod DIN 976, U bolt) və anker boltlar (gilizli və lüt anker) təklif edirik.
Layihəniz üçün texniki məsləhət və qiymət təklifi almaq üçün bu gün bizimlə əlaqə saxlayın.