Yivli Bağlantılar

U Bolt

U formalı · boru diametrinə uyğun · sinklənmiş / polad
U formalı boltlar (Pipe U Bolt, U Bolt Clamp): boru, kabel və profillərin dayaqlara bərkidilməsi üçün, borunu iki tərəfdən əhatə edərək qayka ilə sabitləyən bərkidici elementlər.

U boltlar boruların, kabellərin, profillərin və müxtəlif konstruksiya elementlərinin dayaqlara və səthlərə bərkidilməsi üçün istifadə olunan U formalı bərkidici elementlərdir. Xüsusi forması sayəsində borunu iki tərəfdən əhatə edərək qayka vasitəsilə möhkəm şəkildə sabitləməyə imkan verir.

U-boltlar əsasən boru xətlərinin bərkidilməsi və dəstəklənməsi, vibrasiyanın azaldılması və borunun konstruksiyaya düzgün yerləşdirilməsi üçün istifadə olunur. Məhsullar müxtəlif diametr və uzunluqlarda, həmçinin sinklənmiş və digər səth örtükləri ilə təqdim oluna bilər.

Əsas xüsusiyyətlər

  • U formalı konstruksiya, iki tərəfdən bərkitmə imkanı
  • Müxtəlif boru diametrlərinə uyğun ölçülər
  • Müxtəlif yiv diametri və uzunluq seçimləri
  • Polad və digər material variantları
  • Sinklənmiş (galvanizli) və digər səth örtükləri
  • Qayka və şayba ilə birlikdə istifadə imkanı

Tətbiq sahələri

U boltlar boru xətlərinin bərkidilməsi, su və istilik sistemləri, neft-qaz və sənaye boru xətləri, havalandırma sistemləri, kabel və elektrik sistemləri, metal konstruksiyalar, boru dayaqları və asqı sistemlərində geniş tətbiq olunur.

Borufitting.az müxtəlif ölçü və səth örtüklərində U boltların, sinklənmiş U boltların və boru bərkidici boltların satışını və təchizatını həyata keçirir. Qiymət təklifi üçün borunun diametrini, U boltun ölçüsünü, yiv diametrini, ayaq uzunluğunu, materialını və tələb olunan miqdarı göndərməyiniz kifayətdir.