Yivli Bağlantılar

Bolt DIN 933

M6–M20+ · 4.8 / 8.8 / 10.9 / 12.9 · DIN 933 / ISO 4017
DIN 933 tam yivli altıbucaqlı başlı boltlar (Hex Bolt): metrik yiv, 4.8, 8.8, 10.9 və 12.9 möhkəmlik sinifləri, sinklənmiş və digər səth örtüklü variantlar.

DIN 933 boltlar tam yivli, altıbucaqlı başlı bərkidici elementlərdir. Maşınqayırma, tikinti, metal konstruksiya, avadanlıq montajı və müxtəlif mexaniki birləşmələrdə geniş istifadə olunur. Bu məhsullar bazarda Hex Bolt, Hexagon Head Bolt və Full Thread Bolt adları ilə də tanınır.

DIN 933 standartına uyğun boltlar metrik yivə malikdir və qayka ilə birlikdə möhkəm və etibarlı birləşmə yaratmaq üçün istifadə edilir. Boltun ölçüsü diametr və uzunluq göstəriciləri ilə müəyyən edilir: M6, M8, M10, M12, M16, M20 və daha böyük ölçülərdə müxtəlif uzunluq variantları mövcuddur.

Əsas xüsusiyyətlər

  • Altıbucaqlı başlıq, tam yivli konstruksiya
  • Metrik yiv sistemi
  • Müxtəlif diametr və uzunluq seçimləri
  • 4.8, 8.8, 10.9 və 12.9 möhkəmlik sinifləri
  • Sinklənmiş (ağ, sarı), qara oksid və digər səth örtüklü variantlar
  • DIN 933 / ISO 4017 standartlarına uyğunluq

Möhkəmlik sinifləri

  • 4.8: standart və nisbətən yüngül yüklənən birləşmələr üçün
  • 8.8: ümumi sənaye, tikinti və mexaniki birləşmələr üçün
  • 10.9: daha yüksək yükə məruz qalan konstruksiyalar üçün
  • 12.9: yüksək möhkəmlik tələb olunan mexaniki birləşmələr üçün

Tətbiq sahələri

DIN 933 altıbucaqlı boltlar metal konstruksiyalar, maşınqayırma, sənaye avadanlıqları, tikinti və montaj işləri, mühəndis sistemləri, avtomobil və texniki qurğular, təmir və servis işlərində istifadə olunur. Xüsusilə profil, list, şveller, ikitavr və digər metal konstruksiya elementlərinin mexaniki birləşdirilməsində tətbiq edilir.

Borufitting.az müxtəlif ölçü, möhkəmlik sinfi və səth örtüyündə DIN 933 boltların, altıbucaqlı başlı boltların və tam yivli metrik boltların satışını və təchizatını həyata keçirir. Qiymət təklifi üçün boltun ölçüsünü (M), uzunluğunu, möhkəmlik sinfini, səth örtüyünü və tələb olunan miqdarı göndərməyiniz kifayətdir.

Çəki cədvəli

Çəkilər təxminidir və hər ədəd üçün qramla (q) göstərilib.

Nümunə çəkilər: M10×50 ≈ 36.2 q · M12×50 ≈ 52.0 q · M16×50 ≈ 103.0 q · M20×50 ≈ 176 q · M24×50 ≈ 274 q.

Bolt DIN 933 çəki cədvəli — Yivli Bağlantılar. Ölçü üzrə təxmini çəki, hər ədəd üçün qram (q).
Uzunluq, mmM3M4M5M6M7M8M10M12M14M16M18M20M22M24M30M36M48
40.48
50.531.26
60.571.332.183.40
70.611.412.283.575.60
80.661.492.383.745.858.515.2
100.751.642.634.086.359.116.223.338.0
120.841.802.874.426.859.817.225.040.052.9
140.921.953.124.767.3510.518.226.442.055.6
161.002.103.375.117.8511.119.227.744.058.382.0105133173
181.092.253.625.458.3511.720.229.146.060.984.9110137178
201.182.413.875.808.8512.321.231.048.063.587.2114143184
221.272.564.126.159.3512.922.233.050.066.292.2119148190
251.402.804.496.6510.0013.923.734.153.070.295.8124155199
281.523.044.867.1510.7014.925.236.255.974.2100.0129161200
301.613.195.117.5111.3015.526.237.757.976.9104.0134168214
353.575.738.3712.5017.128.741.362.983.5112.0145181229424670
403.966.359.2313.8018.731.244.967.990.2120.01551932444487141590
454.346.9910.1015.0020.333.748.572.997.1128.01652062594727481650
504.737.5911.0016.3021.836.252.077.9103.0136.01762192744967831710
555.128.2111.9017.5023.438.755.682.8110.0145.01862322895198171770
605.508.8312.7018.7025.041.358.287.8117.0153.01962443045438511830
655.899.4513.6020.0026.643.862.892.8123.0161.02072573195668861890
706.2810.1014.4021.2028.246.366.497.9130.0169.02172693345909101950
7510.7015.3022.5029.848.870.0102.0137.0177.02272823486149502010
8011.3016.2023.7031.451.373.6107.0144.0186.02382953636379902080
8525.0033.053.877.2112.0150.0194.024730837866110202140
9026.2034.656.380.8117.0157.0202.025832139368510602200
9527.5035.259.884.4122.0164.0210.026833340870811002260
10028.7037.761.388.0127.0170.0218.027934642373211402320
11040.966.495.2137.0184.0235.030037145377912002450
12071.4102.0147.0197.0251.032039748382712602570
13076.4109.0157.0210.0268.034042151387413302690
14081.4116.0167.0224.0284.036144854392114002820
15086.4123.0177.0237.0300.038147357296914702940
160316.0402498602101015403060
170332.0422523632106016103180
180348.0442548662111016803310
190364.0462573692116017403430
200380.0484598722121018103560