Boru Fittinqləri

Qapaq (Cap)

Butt Weld Cap · tikişsiz / tikişli · ASTM · ASME · DIN · EN · GOST
Boru xəttinin ucunun bağlanması və boru sisteminin sonlandırılması üçün polad qapaqlar (Pipe Cap): qaynaqla birləşdirilən Butt Weld, tikişsiz və tikişli variantlar.

Polad qapaqlar boru xətlərinin uclarının bağlanması, boru sisteminin sonlandırılması və müəyyən xətt hissələrinin təcrid edilməsi üçün istifadə olunan boru fitinqləridir. Boru kəmərlərində etibarlı və möhkəm birləşmə yaratmaq üçün geniş tətbiq olunur.

Borufitting.az müxtəlif ölçü, divar qalınlığı və materiallarda polad boru qapaqlarının təchizatını həyata keçirir. Tətbiqdən asılı olaraq qaynaqla birləşdirilən qapaqlar (Butt Weld Cap), tikişsiz və tikişli qapaqlar, həmçinin müxtəlif formalı modellər təqdim oluna bilər.

Əsas xüsusiyyətlər

  • Müxtəlif diametr və divar qalınlıqları
  • Butt Weld və qaynaq tipli qapaqlar
  • Tikişsiz və tikişli istehsal variantları
  • Karbon polad və digər polad markaları
  • Müxtəlif təzyiq və temperatur şəraitinə uyğun seçimlər
  • ASTM, ASME, DIN, EN, GOST və digər standartlara uyğunluq

Tətbiq sahələri

Polad boru qapaqları neft-qaz, neft-kimya, energetika, kimya, su təchizatı, istilik sistemləri və digər sənaye sahələrində istifadə olunur. Qapaqlar boru xəttinin uc hissəsinin bağlanması, ehtiyat çıxışların sonlandırılması və boru sisteminin təzyiqə davamlı şəkildə tamamlanması üçün tətbiq edilir.

Borufitting.az müxtəlif ölçü və standartlarda polad qapaqların, karbon polad qapaqların, tikişsiz boru qapaqlarının və qaynaq tipli boru fitinqlərinin satışını və təchizatını həyata keçirir. Qiymət təklifi üçün qapağın ölçüsünü, divar qalınlığını, tipini, material markasını, standartını və tələb olunan miqdarı göndərməyiniz kifayətdir.