Boru Fittinqləri

Tikişsiz Üçlük (Tee)

Equal Tee · Reducing Tee · ASTM · ASME · DIN · EN · GOST
Boru xəttində axının şaxələndirilməsi və müxtəlif xətlərin birləşdirilməsi üçün polad üçlüklər (Tee): bərabər keçidli və reduksiyaedici, tikişsiz və tikişli variantlar.

Polad üçlüklər (Tee) boru xətlərində axının üç istiqamətə bölünməsi və ya müxtəlif boru xətlərinin birləşdirilməsi üçün istifadə olunan boru fitinqləridir. Sənaye, tikinti və mühəndislik sistemlərində boru xəttinin etibarlı və düzgün şəkildə qurulmasını təmin edir.

Borufitting.az müxtəlif ölçü, divar qalınlığı və materiallarda polad üçlüklərin təchizatını həyata keçirir. Tətbiqdən asılı olaraq bərabər keçidli üçlük (Equal Tee) və reduksiyaedici üçlük (Reducing Tee) variantları təqdim oluna bilər.

Əsas xüsusiyyətlər

  • Bərabər keçidli və reduksiyaedici üçlüklər
  • Müxtəlif diametr və divar qalınlıqları
  • Tikişsiz və tikişli istehsal variantları
  • Karbon polad və digər polad markaları
  • Müxtəlif təzyiq və temperatur şəraitinə uyğun seçimlər
  • ASTM, ASME, DIN, EN, GOST və digər standartlara uyğunluq

Tətbiq sahələri

Polad Tee fitinqlər neft-qaz, neft-kimya, energetika, kimya, su təchizatı, istilik və digər sənaye boru sistemlərində geniş istifadə olunur. Üçlüklər əsas boru xəttindən qol xəttinin ayrılması, axının bölüşdürülməsi və müxtəlif diametrli boruların birləşdirilməsi üçün tətbiq edilir.

Borufitting.az müxtəlif ölçü və standartlarda tikişsiz üçlüklərin, tikişli üçlüklərin, bərabər keçidli Tee və reduksiyaedici Tee fitinqlərin satışını və təchizatını həyata keçirir. Qiymət təklifi üçün üçlüyün ölçüsünü, divar qalınlığını, material markasını, standartını və tələb olunan miqdarı göndərməyiniz kifayətdir.